Rza Pəhləvi Trampa çağırış etdi: İrana müdaxilə et!
Cənab Prezident, bu, dəstəyiniz və hərəkətə keçmək üçün təcili və təxirəsalınmaz çağırışdır.BUTA.TV xəbər verir ki, bunu İranın keçmiş şahının oğlu Rza Pəhləvi X hesabında Prezident Donald Trampa müraciət edərkən yazıb. O bildirib ki, İran hakimiyyəti etirazları yatırmaq və nümayişçilərə qarşı zorakılıq üçün internet və rabitə vasitələrini kəsə bilər.