EN

“KTMT ilə bağlı mövqeyimiz dəyişməyib” – Paşinyan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı Ermənistanın mövqeyi dəyişməz olaraq qalır.

“7Times.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mediaya açıqlamasında deyib.

“KTMT ilə bağlı əlavə edəcək bir şeyim yoxdur. Əvvəllər dediklərimin hamısı qüvvədədir”, – deyə Paşinyan bildirib.

Paşinyan daha əvvəl qeyd etmişdi ki, Ermənistan KTMT-dəki iştirakını faktiki olaraq dondurub və onun orqanlarının işində iştirak etmir. Onun sözlərinə görə, ölkənin təşkilat daxilində aktiv fəaliyyətə qayıtması getdikcə çətinləşir və “geri dönüş nöqtəsi” artıq geridə qalıb.

Chosen
5
7times.az

1Sources