EN

Azərbaycanın İndoneziyaya neft satışından qazancı 60%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İndoneziya 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 72 milyon 131 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 106 milyon 332 min dollar və ya 59,6% azdır.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi 130 min 925 ton olub. Bu isə illik müqayisədə 179 min 908 ton və ya 57,9% azdır. 

Qeyd edək ki, 2025-ci ilin 11 ayında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
131
45
banco.az

10Sources