EN

2025-ci ildə məcburi sosial sığorta haqları üzrə daxilolmalar 6,45 milyard manat olub

2025-ci il É™rzindÉ™  mÉ™cburi dövlÉ™t sosial sığorta haqları üzrÉ™ daxilolmalar 6 milyard 448,3 milyon manat təşkil edib ki, bu, 2024-cü illÉ™ müqayisÉ™dÉ™ 11,9 faiz vÉ™ ya 684,9 milyon manat çoxdur. Bu barÉ™dÉ™ mÉ™lumatı DövlÉ™t Vergi XidmÉ™ti yayıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manat yaxın olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,0 faiz artaraq 228,9 milyon manat civarında olub, qeyri-büdcə təşkilatları üzrə isə artım 10,5 faizlə 173,3 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artaraq 1,1 milyard manatdan çox olub, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10,0 faiz artaraq 793,4 milyon manatı ötüb.

Dövlət Vergi Xidməti bildirib ki, məcburi sosial sığorta daxilolmalarında müşahidə olunan artım əsasən iqtisadi aktivliyin genişlənməsi və gəlir bazasının artması ilə bağlıdır.

Gülnar Nazimqızı 

Chosen
16
17
anews.az

10Sources