EN

“Tullantıları tinglərə dəyiş” aksiyasının ötən il üzrə nəticələri açıqlanıb

Bakı, 7 yanvar, AZƏRTAC

Ötən il ərzində Bakı, Sumqayıt və Naxçıvanın müxtəlif ərazilərində 12 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib. Aksiyalar zamanı 7 min 950 litr plastik, 1600 litr şüşə butulka, o cümlədən 2 min 120 ədəd işlənmiş batareya toplanıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiyalar zamanı vətəndaşlara 1500 ting paylanılıb.

Chosen
92
azertag.az

1Sources