EN

Azərbaycan QHT-si ATƏT, BMT və qlobal sammitlərdə ölkəmizi təmsil edib - AÇIQLAMA

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi üçün ötən il beynəlxalq platforma və tədbirlərdə təmsilçilik və əməkdaşlıq baxımından yaddaqalan bir il oldu.

Bu fikri "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli QHT.az-a bildirib. Onun sözlərinə görə, 2025-ci il üçün təşkilatın beynəlxalq istiqamətdəki fəaliyyətinə nəzər yetirsək, bir neçə məqamı xüsusi qeyd etmək olar:

  • "Bu il ərzində ATƏT və BMT-nin bir neçə sessiyasında Azərbaycan vətəndaş cəmiyyətini təmsil etmək imkanımız oldu. Təşkilatın sədr müavini olaraq, ilin əvvəlində BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Xocalı soyqırımı, Ermənistanın illərdir Azərbaycan qarşı apardığı soyqırımı və deportasiya siyasəti barədə çıxış etdim. Daha sonra Türkmənistanda keçirilən BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III Konfransının 2 sessiyasında çıxış edərək, Zəngəzur dəhlizinin açılmasının müxtəlif aspektlərdən əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdım. ATƏT-in 2025-ci il İnsan Ölçüsü Konfransında da çıxış edərək, Azərbaycanda ictimai iştirakçılıq haqqında ətraflı məlumat verdim.
  • Əsas fəaliyyət istiqaməti sosial sahə olan təşkilatımız bu il həmçinin Əlil Təşkilatları İttifaqının üzvü kimi Berlində keçirilən Qlobal Əlillik Sammitində və Aarhusda təşkil olunan Avropa Sosial Şəbəkəsinin illik konfransında, həmçinin “Sosial İnkişaf” Beynəlxalq QHT Koalisiyasının İdarə Heyətinin üzvü olaraq Sosial İnkişaf üzrə 2-ci Dünya Sammitində təmsil olundu.
  • Bu il üçün ən böyük uğurlarımızdan biri də Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə ölkəmizdə əsası qoyulan Qlobal Cənub QHT Platformasının təşkilatçılarından biri olmaq və bu təşəbbüsə dair BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin rəsmi saytında yerləşdirdiyi məlumatda təşkilatın adının qeyd olunması oldu.
  • BMT-nin İqtisadi və Sosial Şurasının – ECOSOC statusuna malik olan təşkilatımız bu il Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına da (UNCCD) akkreditasiya əldə etdi.
  • Qərbi Azərbaycan istiqamətində gördüyümüz işlərin davamı olaraq isə 4 dildə ərsə gətirdiyimiz “İrəvan - Tariximiz, Torpağımız, Taleyimiz" adlı kitabımız müxtəlif ölkələrdəki diasporamız vasitəsilə xarici ölkələrdə yayımlanmaqla yanaşı, AR Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan naşirlərinin Pekin Beynəlxalq Kitab Sərgisində nümayiş etdirdiyi kitablar arasında yer aldı.
  • Müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində təşkilatımızın verdiyi töhfələrə görə Cibuti Respublikası Prezidentinin müşaviri, Əlilliyi olan şəxslər üzrə Cibuti Milli Agentliyinin rəhbəri, eyni zamanda İordaniya Senatoru, İordaniya Siyasi Sisteminin Müasirləşdirilməsi üzrə Kral Komitəsinin üzvü tərəfindən təltif olundum".
Chosen
32
qht.az

1Sources