EN

İlon Mask Trampı təbrik edib

İlon Maskdan ABŞ-nin Venesueladakı əməliyyatına dəstək gəlib.

Mask Venesuelaya Starlink vasitəsilə 1 ay müddətinə pulsuz internet veriləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, məşhur milyarder İlon Mask ABŞ-nin 3 yanvarda Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra ölkəyə öz şirkəti olan “Starlink” vasitəsilə 1 ay pulsuz internet təqdim edəcəyini bildirib.

Venesuela Dövlət Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ qüvvələri tərəfindən ölkə xaricinə çıxarılmasından sonra Mask əməliyyatla bağlı əvvəlcə dəstək mesajı paylaşıb.

Maduronu “amansız tiran” adlandıran Mask, “Venesuela artıq layiq olduğu rifaha qovuşa bilər” ifadələrini ona məxsus “X” sosial media platformasında paylaşıb.

İlon Mask ABŞ Prezidenti Donald Trampı da əməliyyata görə təbrik edib. Maskın bu paylaşımı, aralarının açıq olduğu deyilən iki şəxs arasındakı münasibətlər baxımından diqqət çəkib.

Mesajda məşhur milyarder əməliyyatı dünya üçün bir qələbə kimi qiymətləndirib və “bu, dünyanın hər yerindəki pis diktatorlara açıq mesajdır” ifadələrini işlədib.

Chosen
77
1
cebheinfo.az

2Sources