EN

Karakasın mərkəzində atəş səslərinin səbəbi dronlarla bağlı olub

Hadisə prezident iqamətgahı yaxınlığında qeydə alınıb, lakin hakimiyyət qarşıdurma olmadığını bildirir...

Karakasın mərkəzində, Venesuela prezidentinin iqamətgahı yaxınlığında eşidilən atəş səsləri icazəsiz uçan pilotsuz uçuş aparatları ilə əlaqədar olub.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Venesuela hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə zamanı hər hansı silahlı qarşıdurma baş verməyib.

“Paytaxtın mərkəzində baş verənlər icazəsiz şəkildə ərazi üzərindən uçan dronlarla və polisin havaya açdığı xəbərdarlıq atəşləri ilə bağlıdır. Heç bir qarşıdurma olmayıb, ölkə üzrə vəziyyət tam sakitdir”, deyə hökumət təmsilçisi bildirib.

Venesuelanın BNO News nəşrinin yaydığı məlumata əsasən, paytaxtda atəş səsləri ilə bağlı ilk məlumatlar yanvarın 5-də yerli vaxtla təxminən saat 20:30-da yayılmağa başlayıb. Sosial şəbəkələrdə paylaşılan videolarda şahidlərin səmaya doğru açılan atəşi qeydə aldıqları görünür.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik qüvvələri hadisədən dərhal sonra əraziyə nəzarəti gücləndirib. Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu, əhali üçün hər hansı təhlükənin yaranmadığını vurğulayıb. Hadisə fonunda Karakasda nəqliyyatın və dövlət qurumlarının fəaliyyəti adi rejimdə davam edib.

Poliqon.info

Chosen
34
poliqon.info

1Sources