EN

Millimizin baş məşqçisi ilə yollar ayrıldı

Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.

Chosen
30
23
football-plus.az

10Sources