EN

Lider 4 futbolçusu ilə vidalaşdı - ADLAR

2-ci Liqanın lideri "Qaradağ Lökbatan" 4 futbolçusu ilə vidalaşıb.

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Qəzənfər Abbasov məlumat verib:

"Dörd oyunçu ilə artıq yollarımızı ayırmışıq. Bunlar qapıçı Əli Kərimov, müdafiəçi Ceyhun Ağazadə və yarımmüdafiəçilər - Mehdi Həşimov və Ayxan Məcidovdur. Əlbəttə ki, heyəti gücləndirməkdə qərarlıyıq. Bu yöndə danışıqlar gedir".

Qeyd edək ki, 39 xalla turnir cədvəlinin 1-ci pilləsində mövqe tutan "Qaradağ Lökbatan" 2-ci yerdəki "Xankəndi"ni əlavə göstəricilərə görə qabaqlayır.

Nihat

Chosen
38
1
fanat.az

2Sources