Ermənistan Baş nazirinin və onu dəstəkləyən on yepiskopun hərəkətləri kilsədə parçalanmaya səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Eçmiədzinin mətbuat ofisinin açıqlamasında deyilir.
Bəyanatda vurğulanır ki, baş nazir kilsə məsələlərini həll etmək bəhanəsi ilə Erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxilə edir, bununla da onun hüquqlarını tapdalayır və Konstitusiyanı pozur. Eçmiədzin həmçinin yepiskopların bu proseslərdə iştirakının və ruhanilərə təzyiqin qəbuledilməz və pislənilməli olduğunu bildirib.
Qeyd olunur ki, kilsə həyatı məsələlərinin müzakirəsi yalnız mövcud kilsə institutları çərçivəsində və kanonik normalara uyğun olaraq mümkündür. Vurğulanır ki, bu cür qərarlar heç bir strukturlara həvalə edilə bilməz.
Ayrı-ayrılıqda qeyd olunur ki, on yepiskop hələ də Eçmiədzin Ana Taxtının çağırışlarına və dəvətlərinə cavab verməyib və bütün ermənilərin katolikosu və Ali Ruhani Şura ilə görüşlərdən və müzakirələrdən yayınmağa davam edirlər.