Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb.
Â
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Â
Qeyd olunub ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.
Â
O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb.
Â
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub.
Â
O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.
Â
H.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Â
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.