EN

KXDR hipersəsli raketlərin buraxılışı üzrə təlimlər keçirib

KXDR Koreya Xalq Ordusunun (KXO) aparıcı atəş zərbə qrupunun hipersəsli raketlər atışı üçün təlimlər keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (MTK) məlumat yayıb.

"Yanvarın 4 -də KXO-nun aparıcı atəş zərbə qrupunun hipersəsli raketlərin buraxılışı üzrə bölməsinin təlimləri keçirilib", - məlumatda qeyd olunur.

Xatırladaq ki, KXDR hərbçilərinin ötən ilin 9 dekabrında keçirdikləri təlimlər çərçivəsində yaylım atəşli reaktiv sistemlərdən 10-a yaxın mərmi atdıqları iddia edilir.

Chosen
106
8
far.az

10Sources