Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Yanvarın 2-si idi. Rayona gedirdik. Nicat yarı yolda telefon zəngindən sonra maşından düşdü, ard-arda siqaret çəkdi, maşına əyləşib "Nə olub?" sualıma, gözləri dolmuş şəkildə "Mən dostumu itirirəm" dedi".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova sosial şəbəkədə yazıb. O, aktyor Azər Baxşəliyevin xəstəxanaya yerləşdirildiyi günü yaşadıqlarını bölüşüb:
"Söhbətin kimdən getdiyini dərhal anladım. Bizi otelə yerləşdirdi, özü şəhərə geri döndü. 3 gün dayanmadan möcüzə gözləyib, dua etdik... Azik, sənin qəlbində, davranışlarında, danışığında, niyətində mənfi heç nə tapa bilmədik. Amma kaş bir az da özünü sevərdin. Kaş bu qədər mədəni və güclü olmazdın".
Qeyd edÉ™k ki, AzÉ™r ötÉ™n ilin yanvarında uzun sürÉ™n böyrÉ™k çatışmazlığından dünyasını dÉ™yiÅŸib.Â

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.