EN

İran Pakistan sərhədində toqquşma: Ölənlər var

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İranın Pakistanla sərhədində "Əl-Qaidə" terror təşkilatına bağlı olan "Ceyşul-Ədl" silahlı qruplaşmasının üzvləri ilə sərhəd mühafizəçiləri arasında silahlı qarşıdurma baş verdiyi bildirilib.

"Cebheinfo.az" “Mehr” agentliyinə istinadən xəbər verir ki, Sistan-Bəluçistan sərhəd mühafizə komandanı Rza Şəcai məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, İran-Pakistan sərhədində, Sistan-Bəluçistan əyalətinə bağlı Seravan şəhərində sərhəd mühafizəçiləri ilə “İran ərazisinə daxil olmağa çalışan terrorçular” arasında silahlı toqquşma baş verib.

O, qarşıdurma zamanı “Ceyşül-Ədl” üzvlərinin ağır itkilər verdiyini, qaçanların isə arxada çoxlu sayda silah və sursat buraxdığını qeyd edib.

Hadisə yerində aparılan axtarış zamanı 4 ədəd “AKS-74” tipli "Kalaşnikov" markalı avtomat silah, 10 ədəd ona məxsus daraq və 132 ədəd güllə, 1 ədəd tapança, 10 ədəd “SPG-9” mərmisi, 2 ədəd əl qumbarası, 3 ədəd “RPG-7” mərmisi, 240 ədəd 7,62 kalibrli avtomat gülləsi, 20 ədəd snayper gülləsi, 232 ədəd “NSV” pulemyotun gülləsi və 1 ədəd tapança darağı ələ keçirilib.

İranın “terror təşkilatı” kimi tanıdığı “Ceyşül-Ədl” qruplaşması, ölkədəki “sünni bəluç xalqının hüquqlarını müdafiə etdiyini” iddia edərək, xüsusilə cənub-şərq bölgələrində Tehran rejiminə qarşı silahlı mübarizə aparır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
123
50
cebheinfo.az

10Sources