Meksikanın cənubunda yerləşən Gerrero ştatında 6,5 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, Yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib, episentr isə Akapulko şəhəri yaxınlığında, San-Markos ərazisində olub.
Güclü yeraltı təkanlar paytaxt Mexikoda da hiss edilib və burada zəlzələlər barədə erkən xəbərdarlıq sistemi işə düşüb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.