Smart-kart tipli qaz sayğaclarının ödəniş sistemində problem yaranıb.
Dünəndən bəri yaşanan problemlə bağlı həm paytaxtdan, həm də bölgələrdən "Xəzər Xəbər"in vatsap qaynar xəttinə çox sayda şikayətlər daxil olub.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, mövcud vəziyyət səbəbindən saatlarla terminalların qarşısında gözləməli olublar.
Qeyd olunan problem təkcə paytaxtda yaşanmayıb. Sumqayıt şəhər sakinləri də eyni vəziyyətlə üzləşiblər.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bidlirldi ki, hazırda karta yüklənən məbləğlərin sistemə ötürülməsində problem yaşanır.
Bəs smart kartlara yüklənən, lakin hesaba oturmayan ödənişlər silinəcək, ya geri qaytarılacaq?
“Azəriqaz”dan bildirilib ki, yüklənən məbləğlərin itirilməsindən söhbət gedə bilməz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.