Gəncədə və Bakıda yanğın hadisələri olub.
"Yeni Sabah" xəbər verir ki, 4-cü mikrorayon ərazisində doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb. Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Paytaxtın Xətai rayonunda isə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzil yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Telegram kanalımız