Rusiya ordusu Kupyansk şəhəri uğrunda döyüşlərdə ardıcıl məğlubiyyətə uğrayır.
Modern.az xəbər verir ki, şəhərdəki rus qarnizonu Ukrayna ordusu tərəfindən 3 ayrı qrupa bölünərək mühasirəyə alınıb.
"Ukraynalılar şəhəri bir neçə kiçik hissəyə bölə biliblər və orada hücum bölmələrimiz qalıb. Kontingentin blokadasını qaldırmaq üçün heç bir iş görülmür. Bu, biabırçılıqdır!", - deyə Rusiya hərbi bloggerləri sosial şəbəkədə paylaşım ediblər.
Xatırladaq ki, hələ dekabrın əvvəllərində Rusiya tərəfi şəhərin tam nəzarətə alındığını elan etmişdi.