Qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra "Azəriqaz" İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Abonentlər bununla bağlı sosial şəbəkələrdə bildiriblər ki, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.
Paylaşımlarda qeyd edilir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.
Day.Az xəbər verir ki, məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, problemlərdən xəbərdardırlae, lakin smart kartlara ödəniş edilməməsinin səbəbi terminallardır.
"Azəriqaz"-ın sayğacları və smart kartlarında heç bir problem yoxdur. Yaranan narahatlıq terminallardakı texniki nasazlıq səbəbindən baş verib",- deyə qurumdan bildirilib.