Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Priora” markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə minik avtomobili ağaca çırpılıb. Qəza nəticəsində Goranboy rayon, Kələk kənd sakini, 1986-cı il təvəllüdlü A. Hüseynov hadisə yerində ölüb. 2008-ci il təvəllüdlü S. Hüseynov, 1991-ci il təvəllüdlü L. Əliyeva və 2014-cü il təvəllüdlü Y. Hüseynova isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya yerləşdirilən 2008-ci il təvəllüdlü S. Hüseynovu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəza zamanı avtomobildə olan şəxslər bir ailənin üzvləri olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)


