Baku.ws saytına istinadən ain.az xəbər verir.
İstanbulda 15 oktyabrda evində xəstəlik səbəbindən ürəyi dayanan, lakin tibbi müdaxilə ilə yenidən işə salınaraq xəstəxanaya yerləşdirilən müğənni Fatih Ürekin müalicəsi davam edir.
BAKU.WS xəbər verir ki, son günlər sosial mediada yayılan "Fatih Ürek öldü" xəbərləri isə sənətçinin meneceri Mert Siliv tərəfindən təkzib edilib.
Menecer açıqlamasında müğənninin vəziyyətinin stabil olduğunu və tibbi nəzarət altında olduğunu bildirib.
Xəstəxanədən verilən əvvəlki açıqlamada isə Fatih Ürekin reanimasiya şöbəsində müalicəsinin davam etdiyi və vəziyyətinin kritik olduğu vurğulanmışdı. Proseslə bağlı hər hansı yenilik olduqda ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.