Neymar “Santos” ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı braziliyalı cinah hücumçusu ən azı 2026-cı ilin dekabrına kimi klubda qalacaq.
Neymarın Braziliya klubu ilə hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-dək qüvvədə olub. O, bu mövsüm Braziliya liqasında 20 oyun keçirib, 8 qol vurub.
Hücumçunun transfer dəyəri 10 milyon avrodur.