EN

Tramp etiraf etdi: əlini makiyaj edir - FOTO

ABŞ prezidenti Donald Tramp əllərinə tonal krem çəkdiyini etiraf edib.

Modern.az xəbər verir ki, pezident bu barədə "The Wall Street Journal" nəşrinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, istifadə etdiyi makiyaj asanlıqla çəkilir və bu proses cəmi 10 saniyə vaxt aparır. Tramp tonal vasitələrdən əsasən əlinin üst hissəsində istifadə etdiyini bildirib.

Ağ Evin mətbuat katibi Karolayn Levitt fevral ayında bildirmişdi ki, prezidentin əlindəki göyərmə tez-tez etdiyi əl sıxmaları ilə bağlıdır. Daha sonra, iyul ayında Ağ Evin həkimləri Trampa xroniki venoz çatışmazlıq diaqnozu qoyulduğunu açıqlamış, bununla yanaşı onun ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu vurğulanmışdı. Donald Tramp özü isə dekabrın ortalarında üçüncü dəfə koqnitiv testdən uğurla keçdiyini bəyan edib.

Chosen
83
2
modern.az

10Sources