EN

Zaqatalada maşınlar toqquşdu - Yaralılar var 

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az-ın Qafqazninfo-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Chosen
53
50
manset.az

10Sources