EN

Qurban Qurbanov 3 mövqeyə transfer istədi SON DƏQİQƏ

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qış planı üzə çıxıb.

Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis rəhbərlikdən 3 yeni transfer istəyib. O, mərkəz hücumçusu, mərkəz müdafiəçisi və cinah yarımmüdafiəçisi mövqelərini gücləndirəcəyi barədə onları məlumatlandırıb. 2008-ci ildən «köhlən atlar»ın sükanı arxasında əyləşmiş Qurbanovun fikrincə, hazırkı heyətə müəyyən qədər rotasiya lazımdır.

"Qarabağ"ı Çempionlar Liqasında iki vacib qarşılaşma gözləyir. Azərbaycan çempionu qitənin ən mötəbər turnirinin əsas mərhələsinin son 2 turunda "Ayntraxt" və "Liverpul"la üz-üzə gələcək.

Bu matçılar yanvar ayı ərzində keçiriləcək. Ağdam təmsilçisi öncə Bakıda almanları qəbul edəcək, ardınca İngiltərə səfərinə yollanacaq.

"Qarabağ" 6 tura 7 xal toplayıb və ümumi turnir cədvəlində 22-ci pillədə yer almaqdadır. Əsas mərhələni ilk "24-lük"də bitirənlər pley-offa vəsiqə qazanacaq.

Aydın məsələdir ki, belə bir şans yarandığından, Qurban Qurbanov da onu dəyərləndirməyi arzulayır.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
134
50
sportal.az

10Sources