EN

Fransa hökuməti məktəblərdə mobil telefonu qadağan etmək istəyir

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa hökuməti növbəti tədris ilindən etibarən məktəblərdə mobil telefonu qadağan etmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə qanun layihəsini Fransa Parlamenti yanvar ayında müzakirə edəcək.

2 maddədən ibarət qanun layihəsi həmçinin, 15 yaşdan aşağı uşaqların sosial şəbəkədən istifadəsini qadağan etməyi də nəzərdə tutur.

Hökumətin yaydığı sənəddə göstərilir ki, uşaqların mobil telefondan ifrat istifadəsinin zərəri müxtəlif tədqiqatlarla sübut edilib.

2018-ci ildə qəbul edilmiş qanun bağça uşaqlarının mobil vasitələrdən istifadəsini qadağan edirdi.

Yeni qanun qəbul ediləcəyi təqdirdə sentyabrın 1-də qüvvəyə minəcək.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
5
azpost.info

6Sources