EN

Kişi və qadınların pensiya yaşı bərabər olacaq

Bu ildən etibarən Azərbaycanda qadınlar və kişilər üçün pensiya yaşı eyni olacaq.Metbuat.azın məlumatına görə, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı altı ay artırılaraq 65 olacaq. Kişilərin pensiya yaşında isə dəyişiklik olmayacaq və bu hədd 65-lə müəyyənləşib.Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2026-cı il iyulun 1-dək hər il altı ay artırılır.

Pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Chosen
79
48
metbuat.az

10Sources