Bakı. Trend:
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsiqaydalarında dəyişiklik edilib.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklikedilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələriilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyireabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlətbüdcəsinin vəsaiti, dövlət icbari şəxsi sığortavəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabınahəyata keçiriləcək.
Həmçinin deputatlar, hərbi qulluqçular, məhkəmə və hüquqmühafizə orqanları işçilərin və diplomatik nümayəndəlik vəkonsulluqlarda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarınınhəyat və sağlamlığı dövlət icbari şəxsi sığortaolunacaq.
Hazırda icbari şəxsi sığorta vəsaitləri dövlət icbari şəxsisığorta ödənişlərinin verilməsi və qanunda göstərilən digəristiqamətlərlə yanaşı, müharibə ilə əlaqədar əlilliyimüəyyən edilmiş şəxslər və şəhid ailələrinin sosialmüdafiəsi və sosial təminatına da yönəldilir.
Dəyişikliyə əsasən, bu vəsaitin istifadə istiqamətigenişləndirilərək yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyənedilmiş şəxslərə deyil, əlilliyi olan bütün şəxslərəyönəldiləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.