Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 5,1 bal gücündə zəlzələ qeydəalınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.
Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatskidən 208 kmməsafədə baş verib.
Yeraltı təkanların ocağı 4 km dərinlikdə yerləşib.