EN

Putinin iqamətgahını vurmağa çalışan PUA ların xəritəsi

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi Prezident Vladimir Putinin iqamətgahına hücum etməyə cəhd edən Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) marşrutunun xəritəsini yayımlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə nazirlik özünün "Telegram" kanalında məlumat yayıb. 

Xəritədə Ukrayna Silahlı Qüvvələrinin Sumı və Çerniqov bölgələrindən dronlar buraxdığı göstərilir. Həmçinin bəzi dronların Bryansk, Smolensk və Tver bölgələri üzərindən uçduğu da göstərilir.

Məlumata görə, Bryansk bölgəsində 49 dron, Smolensk bölgəsində isə bir pilotsuz uçuş aparatı məhv edilib. Putinin iqamətgahının yerləşdiyi Novqorod bölgəsində Rusiya Silahlı Qüvvələri 41 PUA-nı vurub.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
88
26
unikal.az

10Sources