Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)dron ticarəti ilə əlaqədar olaraq İran və Venesueladan olan 10fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Trend-inməlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytındabildirilib.
"Bu gün OFAC Venesuela və İranda yerləşən və İranın Venesuelailə dron ticarətinə töhfə verən 10 fərdi və hüquqi şəxs, o cümlədənVenesuela şirkətinlərinə qarşı sanksiyalar tətbiq edir", - deyəaçıqlamada qeyd olunub.
Sanksiya siyahılarına İrandan beş fiziki şəxs və üç hüquqi şəxs,Venesueladan isə bir hüquqi şəxs daxildir. Xüsusilə,məhdudlaşdırıcı tədbirlər Venesuelanın Empresa Aeronáutica Nacionalşirkətinə qarşı tətbiq olunur.