EN

Culfada qəza: 2920 abonent qazsız qaldı

Culfa şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qaz təchizatında fasilə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki,  şəhərin Ordubadi küçəsində minik avtomobili D-100-lük qaz xəttinə çırpılıb. Qəza nəticəsində təhlükəsizlik məqsədilə 2920 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

Hazırda ərazidə bərpa işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa olunacaq.

Chosen
58
3
bakivaxti.az

10Sources