EN

Maşın qaz xəttinə çırpıldı - 2 920 abonentin qazı kəsildi 

Culfada avtomobilin qaz xəttinə çırpılması nəticəsində 2 920 abonentin qaz təchizatı dayandırılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Ordubadi küçəsində avtoqəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Chosen
53
2
manset.az

10Sources