Rasim Nəsrəddin oğlu Musabəyov “Şərəf” ordeni ilə təltif edilib.
"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rasim Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Qeyd edək ki, yanvarın 1-i R. Musabəyovun 75 yaşı tamam olur.
"Cebheinfo.az"