EN

Çin Tayvanın hava və su məkanı ətrafında irimiqyaslı təlimlər keçirir

Bakı. Trend:

Çin Tayvanın hava və su məkanı ətrafında irimiqyaslı təlimlərkeçirir. “Müharibə oyunlarına” hərbi dəniz donanmasının 20-dən çoxgəmisi və hərbi hava qüvvələrinin 130 təyyarəsi cəlb olunub.Manevrlərə “Ədalət missiyası – 2025” adı verilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Çin rəsmiləri bildiriblər ki, geniş miqyaslı təlimlər buyaxınlarda ABŞnin Tayvana iri həcmdə silahl tədarükünə cavabdır;bu, adanın tarixində bu qəbildən olan ən iri sövdələşmədir. Pekindəaçıq şəkildə vurğulanır ki, təlimlərin məqsədi Tayvan limanlarınınmümkün blokadasını sınaqdan keçirmək və bu cür tədarüklərinqarşısını almaqdır.

Pekin aviaşirkətlərə təlimlərin keçirildiyi zonadan yan keçməyitövsiyə edib. Qeyd olunur ki, bu zona son bir neçə il ərzində ilkdəfə olaraq Tayvanın ərazi sularını da əhatə edir.

Tayvan tərəfinin məlumatına görə, Çin gəmiləri və təyyarələrihələlik sərhədi pozmayıblar.

Məqalədə:
Chosen
91
az.trend.az

1Sources