EN

Ölkə üzrə məktəb və şagird sayı açıqlanıb

ain.az bildirir, Operativmedia saytına əsaslanaraq.

2025-ci ildə ölkə üzrə 220 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Hazırda ölkə ərazisində 1708 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Operativ Media xəbər verir ki, bu  barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Məlumata görə, 2025-2026-cı tədris ili üzrə 131 min 815 uşaq birinci sinfə,  86 395 uşaq isə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul edilib.

Qeyd olunub ki, bu gün ölkədə 4279 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 130 mindir, şagird sayı isə 1 600 000-dən çoxdur.

Bildirilib ki, ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub. 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
112
operativmedia.az

1Sources