Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Â
Herbiand.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Â
Cinayət işi məhkəmə baxışına verilib.
Â
Məhkəmənin baxış iclası 8 yanvara təyin edilib.
Â
İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov müxtəlif vədlər verməklə vətəndaşların etibarından sui-istifadə etməklə 312 min manatdan çox pulu ələ keçirib.
Â
İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Â
Hazırda həbsdə olan Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.
Â
Qeyd edək ki, ehtiyatda olan mayor Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub. Sonradan ehtiyata buraxılıb.[APA]