EN

AİB Azərbaycanda fintex və rəqəmsal ödənişlərin inkişafı ilə bağlı tövsiyələrini bölüşüb

Bakı. Trend:

Hüquqi bazanın təkmilləşdirilməsi, innovativ həllərin tətbiqiüçün daha əlverişli şəraitin yaradılması, yerli və beynəlxalqmaliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, həmçininkommersiya banklarının fintex sahəsinə cəlb edilməsi Azərbaycanınfintex ekosisteminin inkişafını yeni mərhələyə çıxarmaqda həlledicirol oynaya bilər.

Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankının son hesabatında qeydolunur.

“İnnovasiyaların maliyyələşdirilməsi üçün mövcud mənbələrinməhdudluğu şəraitində dövlət stimulları innovasiyaların hazırlanmamərhələsindən real istehlakçı tələbatlarının ödənilməsi səviyyəsinəkeçidi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan MərkəziBankı innovativ həllərin bazara çıxarılmasını sürətləndirmək,rəqabəti artırmaq və dayanıqlı maliyyə innovasiyalarınındəstəklənməsi ilə bağlı problemləri həll etmək məqsədilətənzimləyici "sandbox" yaradıb. Yeni xidmətlərin sınaqdankeçirilməsi üçün bu platformadan istifadə ödəniş kartlarının vəelektron pulların emissiyası da daxil olmaqla ödəniş xidmətlərininsayını artıra, həmçinin maliyyə əlçatanlığının genişləndirilməsiüçün agent şəbəkəsinin formalaşmasına töhfə verə bilər”, – deyəAİB-in hesabatında vurğulanır.

Bankın analitikləri bildirirlər ki, yeni ödəniş xidmətlərinin(məsələn, köçürmələr, elektron pullar və ödəniş kartları) təqdimedilməsi və açıq interfeyslər (API) texnologiyasının inkişafırəqabət üçün yeni imkanlar yaradacaq.

“Həm bank, həm də fintex sektorlarının kəsişməsi innovasiyalarüçün əlavə imkanlar açır. Bir sıra hallarda Azərbaycan bankları vəfintex şirkətləri qarşılıqlı asılı vəziyyətə düşürlər. Bəzi fintexşirkətləri ödəniş aqreqatoru kimi çıxış edərək kütləvi xidmətlərüzrə rəqəmsal ödənişlərin qəbulu üçün kommersiya banklarına zərurikeçid imkanları təqdim edirlər. Onlar banklar adından nağdödənişlərin qəbulu üçün geniş ödəniş terminal şəbəkəsiformalaşdırırlar. Eyni zamanda, kommersiya bankları fintexşirkətlərini rəqəmsal ödənişlərin həyata keçirilməsi üçünplatformalarla təmin edirlər. Bu cür əməkdaşlıq rəqəmsal maliyyəxidmətləri bazarının inkişafını dəstəkləyir”, – deyə hesabatda qeydolunur.

AİB bildirir ki, maliyyə əlçatanlığı Azərbaycanın iqtisadiartımının mühüm aspektinə çevrilib və bu proses maliyyətexnologiyalarının sürətli inkişafı ilə müşayiət olunur. Maliyyəəlçatanlığını artıran xidmətlər əsasən banklar, qeyri-bank kredittəşkilatları və sığorta şirkətləri tərəfindən təqdim edilir.

“Ödəniş xidmətləri və sistemləri haqqında qanunun qəbul edilməsifintex startapları üçün "sandbox" rejimini açacaq və onlara məhsulvə xidmətlərini daha əlverişli şərtlərlə sınaqdan keçirməyə imkanverəcək. Açıq API texnologiyasının tətbiqi prioritet layihəyəçevrilməlidir. Artıq hazırlanmış "Açıq bankçılıq üzrə Yol Xəritəsi"əsasında hökumət fintex şirkətlərinin rəqəmsal ödəniş sistemlərindəbirbaşa və ya dolayı iştirakını təmin edə bilər ki, bu datranzaksiya xərclərini azaldacaq və ödəniş əməliyyatlarınınsəmərəliliyini artıracaq. Eyni zamanda, beynəlxalq maliyyəinstitutları ilə əməkdaşlıq və təcrübə mübadiləsi üçün AzərbaycanFintex Assosiasiyasının platforması genişləndirilməlidir ki,qabaqcıl beynəlxalq təcrübələr tətbiq edilsin və innovativ həllərinistifadəsi sürətləndirilsin. İnfrastruktur sahəsində isə hökuməttelekommunikasiya sektorunda dövlət müəssisələrininözəlləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər ki, bu daşəffaflığı artıracaq və böyük ehtimalla investisiyaların vəinnovasiyaların artmasına gətirib çıxaracaq”, – deyə AİB-dənbildirilib.

Məqalədə:
Chosen
156
az.trend.az

1Sources