ABŞ-də "Toyota"nın müştəriləri UA80 səkkizpilləli avtomatik ötürmə qutusu ilə bağlı ciddi problemlərlə üzləşdikləri üçün şirkətə qarşı iki kollektiv iddia qaldırıblar.
Məlumatı rg.ru saytı yayıb.
Â
İddialara görə, transmissiya gözlənilən istismar müddətindən xeyli əvvəl sıradan çıxır, səbəblər isə həm qızma və detalların sürətli aşınması, həm də aqreqata yükü artıra bilən proqram təminatı ilə əlaqədardır.
Â
İddialardan biri 2020-ci il istehsalı olan "Toyota Camry XSE "avtomobilinin sahibi Ceyms Labouteller tərəfindən qaldırılıb. O bildirib ki, avtomobildə qeyri-adi səslər yarandıqdan sonra diler transmissiyanın tam dəyişdirilməsini tövsiyə edib. Şirkət yeni aqreqatı təqdim etməyə razılaşıb, lakin quraşdırma üçün pul ödəməkdən imtina edib.
Â
Sənəddə iki əsas qüsurdan bəhs edilir - transmissiya mayesinin xüsusiyyətlərini korlayan və köhnəlməni sürətləndirən həddindən artıq qızma, həddindən tez keçidlərə və hidrodinamik transformatorun vaxtından əvvəl bloklanmasına səbəb olan idarəetmə alqoritmləri.
Â
İddiaçılar bildirirlər ki, "Toyota" mümkün problemlərdən hələ sınaq mərhələsində xəbərdar olub və sonrakı illərdə müştərilərin şikayətləri, dilerlərdən və dövlət qurumlarına müraciətlər də daxil olmaqla çox sayda siqnal alıb.
Â
Qeyd olunur ki, yanacaq səmərəliliyini artırmaq məqsədi daşıyan proqram yeniləmələri qurğunun köhnəlməsini sürətləndirir və zəmanət müraciətləri çox zaman rədd edilir.
Â
İkinci kollektiv iddia Kaliforniyada 2020-ci il istehsalı olan "Toyota Highlander"in sahibi Nil Pallaya tərəfindən təqdim edilib, o, yüksəktezlikli səs və daha sonra transmissiyanın tam sıradan çıxması ilə qarşılaşıb. Avtomobil artıq zəmanət altına düşmədiyindən, təmirin dəyəri 7 min 400 dolları keçib. İddiaçının sözlərinə görə, problem konstruktiv xarakter daşıyır və təklif olunan həllər ilkin qüsuru aradan qaldırmır.
Â
Potensial təsir altında olan modellərin siyahısında "Toyota Highlander" (2017-ci ildən), "Grand Highlander" (2024-cü ildən), "Camry" (2018-2024-cü illər), "Sienna" (2017-2020-ci illər), "Avalon" (2019-2022-ci illər), "RAV4" (2019-cu ildən), həmçinin son illər istehsal olunan "RX 350", "ES 250", "ES 350", "NX 250", "NX 350" və "TX 350" daxil olmaqla bir sıra "Lexus" modelləri qeyd edilir.
Â
İddiaçılar kompensasiya və vəsaitlərin geri qaytarılmasınıı tələb edirlər. Hələlik "Toyota" iddialarla bağlı rəsmi açıqlama vermir.
Â
Oxu.az