EN

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur həbs edilib.

Bizim.Media xəbər verir ki, keçmiş futbol funksioneri cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulmasında ittiham olunur.

E.Timurdan başqa, “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız da daxil olmaqla, daha 18 nəfər barəsində həbs qərarı verilib. Əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.

Bizim.Media

Chosen
41
50
bizim.media

10Sources