EN

Tramp türk hərbçilərin Qəzzaya yerləşməsi barədə danışdı

ABŞ Prezidenti Donald Tramp Türkiyə ordusunun Qəzzada yerləşdirilməsinin mümkünlüyü barədə danışıb.Metbuat.az xəbər verir ki, o Mar-a-Laqodakı iqamətgahında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə, türk hərbçilərin sülhməramlı missiya çərçivəsində Qəzzada yerləşdirilməsinin məqsədəuyğun olduğunu bildirib. O, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla məsələni müzakirə edəcəyini də vurğulayıb.

Tramp Ərdoğanla münasibətlərinin əla olduğunu ifadə edib. Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edib.

Chosen
68
37
metbuat.az

10Sources