EN

Sabiq prezidentin xanımı nədə ittiham olunub?

Cənubi Koreyada prokurorlar vəzifəsindən uzaqlaşdırılmış sabiq prezident Yun Suk Yolun həyat yoldaşı Kim Keon Heeni dövlət işlərinə “qanunsuz müdaxilə” etməkdə ittiham ediblər.

"Cebheinfo.az" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, xüsusi səlahiyyətli prokuror köməkçisi Kim Hyong-kun, Kim Keon Hee barəsindəki korrupsiya iddialarına dair 180 günlük istintaqın tamamlanmasından sonra mətbuat konfransı keçirib.

Prokuror Kim, istintaq nəticəsində Yunun həyat yoldaşının “pərdəarxası yollarla dövlət işlərinə qanunsuz müdaxilə etdiyinin” və “ictimai vəzifələrin satışı”na qarışdığının müəyyən edildiyini bildirib.

Kim Keon Heenin dövlət vəzifələri və siyasi namizədliklər qarşılığında lüks hədiyyələr qəbul etdiyini vurğulayan prokuror, onun ümumilikdə 370 milyon von (təxminən 258 min ABŞ dolları) dəyərində hədiyyələr aldığını açıqlayıb.

İstintaqa rəhbərlik edən digər xüsusi prokuror köməkçisi Oh Jeong-hee də bildirib ki, Kim Keon Heenin adının hallandığı iddialarla bağlı bir çox şəxs barəsində cinayət işi açılıb və hüquqi proses davam edir.

Kimə yönəldilən ittihamlar arasında kilsə rəsmilərinə imtiyazlar vermək və 2009–2012-ci illərdə Cənubi Koreyada “BMW” dilerliyi edən "Deutsch Motors" şirkəti ilə bağlı səhm qiymətlərinin manipulyasiyasında iştirak da yer alır.

Chosen
34
6
cebheinfo.az

10Sources