EN

Bakıda ictimai iaşə dövriyyəsi 15%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşədövriyyəsinin həcmi 1,949 milyard manat olub.

Trend bubarədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə real ifadədə 14,6 faiz çoxdur.

Dövr ərzində hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi933 milyon manat olub ki, bu da ümumi dövriyyənin 47,9 faizinitəşkil edib.

Qeyd edək ki, ümumi ölkə üzrə 2025-ci ilin yanvar-noyabraylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə real ifadədə 12,8 faiz artaraq 2,489 milyard manatolub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqişəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti iləməşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrədövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artaraq1,263 milyard manat olub.

Chosen
67
34
az.trend.az

10Sources