Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.
Reyting.az xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlərlə tanış olublar. Eyni zamanda, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.






Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.