Bakı. Trend:
Roman Abramoviç bir vaxtlar sahib olduğu İngiltərənin “Çelsi”Futbol Klubunun satışından əldə olunan pulları Ukraynaya ötürməyib.Rusiyalı milyarderin nümayəndələri bildiriblər ki, Cersi adasıhökumətinin biznesmenə qarşı başlatdığı istintaq və məhkəmə prosesiyekunlaşmayana qədər belə bir köçürmə əməliyyatı həyata keçiriləbilməz.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Qərb mediasının yazdığına görə, sövdələşmə nəticəsində Abramoviç2,5 milyard funt-sterlinq (£2,5 mlrd) əldə edib, lakin sanksiyalarsəbəbindən bu vəsaitlər sahibkarın hesablarında dondurulub. BöyükBritaniya hakimiyyət orqanları isə öz növbəsində ondan həminvəsaitləri Kiyevə köçürməyi tələb ediblər. Abramoviç isə “Çelsi”ninsatışından əldə olunan pulları Ukraynaya vermək niyyətində deyil.Bunun üçün o, hüquqlarını məhkəmədə müdafiə etmək məqsədilə birqrup hüquqşünas cəlb edib.
Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinqə (£140mln) satın alıb. Həmin vaxtdan etibarən London klubu beş dəfəİngiltərə Premyer Liqasının (APL) çempionu olub, iki dəfəÇempionlar Liqasını və Avropa Liqasını qazanıb, beş dəfə İngiltərəKubokunu, üç dəfə isə İngiltərə Liqa Kubokunu əldə edib. O, 2022-ciilin mayında sanksiyalar səbəbindən klubu satıb.