EN

Bakı ilə İrəvan hansı məsələlərdə razılaşa bilmir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya verdiyi müsahibədə bildirib ki, Ermənistan və Azərbaycan arasında bir sıra fundamental məsələlərdə fikir ayrılıqları qalmaqdadır.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər xeyli sayda məsələni həll edə biliblər, lakin bəzi əsas mövzularda hələlik qarşılıqlı anlaşma əldə edilməyib.

Xarici İşlər Naziri qeyd edib ki, razılığa gəlinməmiş vacib məsələlər var. Biz işimizi davam etdirməliyik.

Mirzoyan bu məsələlərdən biri kimi Bakının Ermənistan Konstitusiyasına düzəlişlər tələbini qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəllər dəfələrlə vurğulayıb ki, 2020-ci ilin fevral ayından bəri danışdığı Ermənistan Konstitusiyasında planlaşdırılan dəyişikliklər Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə əlaqəli deyil və yalnız daxili amillərlə bağlıdır.

Chosen
128
publika.az

1Sources