EN

Goranboyda piyadanı maşın vuraraq öldürdü

Goranboyda qadını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəktədə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Piyadanın kimliyi dəqiqləşdirilir.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Chosen
73
5
unikal.az

10Sources