Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi (VÖEN – 1305817761) ümumi dəyəri 818 min 412 manat açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portları xəbər verir ki, tenderin predmeti ölkənin müxtəlif ərazilərində yerləşən DOST Mərkəzlərinə 24 saatlıq mühafizə xidmətlərinin satın alınmasıdır.
Tender 26 dekabr 2025-ci ildə dərc olunub. Təkliflər 23 yanvar 2026-cı il tarixinə qədər təqdim olunmalıdır.
Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Xatırladaq ki, DOST Agentliyinin bundan əvvəl də mühafizə xidmətlərinin satın alınması ilə bağlı müxtəlif tenderlər elan edib. Bu ilin aprel ayının 3-ü və ötən ili fevral ayının 20-də Agentlik mühafizə xidmətlərinin satın alınması ilə bağlı “Qartal SS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, “Qartal SS” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Elxan Əhməd oğludur.
Budəfəki tenderin əlaqələnirici şəxsi aparıcı mütəxəssis Şücayət Əliyevadır.
Əlaqə:
[email protected]
+994 12 525 50 26
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini Bakı ş., İ.Qutqaşınlı 86 ünvanına təqdim edə bilərlər.