Ajans.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “QAZ 3110” ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 1977-ci il təvəllüdlü F. Quliyev, 1982-ci il təvəllüdlü K. İsmayılova və 1977-ci il təvəllüdlü Z. Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır